İslami Cihad: Növbəti müharibə İsraili Fələstindən süpürüb atmaq olacaq

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının siyasi ofisinin üzvü Nasir Əbu Şərif cümə axşamı vurğulayıb ki, sionizmin Fələstinə qarşı layihəsi çox açıq aydındır

Şəms News Əbu Şərifə istinadən xəbər verir ki, 1967-ci il sərhədlərində hökumət qurmaq xülyasına malik olan hər kəsin arzuları sionist rejimin təcavüzü ilə məhv edildi.

O, Fələstin xalqının gələcək müharibəsinin “İsraili Fələstin torpağından süpürüb atmaq” olacağını ifadə edərək, Fələstinin tam azad edilməsi üçün səylərin göstərilməli olduğunu bildirib. O, həmçinin qeyd edib ki, ona görə də cəbhələrin həmrəyliyi bu sahədə mühüm rol oynayır.

Fələstin xalqının müqaviməti təqdir etdiyinə işarə edən bu Cihad rəsmisi vurğulayıb: Biz qəsbkar işğalçı ilə mübarizədə vəhdətin tam olması üçün cəbhələrin həmrəy olmasına təkid edirik. Ümid edirik ki, ərəb və islam dünyasından başqaları da bu mübarəyə qoşulacaqlar.

O, həmçinin bildirib: “Təcavüz müqabilində İsraillə mübarizə aparmaq bizim dini və mənəvi borcumuzdur. İslami Cihad üç gün ərzində təkbaşına onlara qarşı çıxdı və bu məsələ Fələstin xalqının qürur mənbəyidir. Nə qədər ki, cəbhə xəttindəyik, məğlub deyilik, müqavimət layihəsi ilə birlikdə qələbə həmişə bizimlədir.”

Qeyd edək ki, İslami Cihadın gündəmə gətirdiyi cəbhələrin birləşdirilməsi məsələsi sionistlərin qorxulu yuxusuna çevrilib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur