İslami Cihad: Müqavimət Qəzzəni sionistlərin cəhənnəminə çevirib

Fələstin İslami Cihad Hərəkatı sionist rejimin İrodan çayının qərb sahilində fələstinlilərə qarşı cinayətlərinə işarə edərək Qəzzənin sionistlər üçün bir cəhənnəm olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatı bəyanat yayımlayaraq elan edib: İşğalçı rejim Qərb sahilində və işğal olunmuş torpaqlardakı düşərgələrdə, xüsusilə də Cenin düşərgəsində fələstinlilərə qarşı cinayətlərinə görə inkarolunmaz ziyanlarla qarşı-qarşıyadır. Bundan əlavə, müqavimət dəstələrinin hücumları da onları sarsıldaraq Qəzzəni onların cəhənnəminə çevirib.

Bəyanatda həmçinin deyilir: Düşmən can tələfatını etiraf etməklə müqavimətin rəşadətli oğullarının gücünü də etiraf etmiş oldu. Qəzzədə tökülən Fələstin xalqının pak qanı, döyüşçülərimizin möhkəm iradəsi və döyüş meydanındakı birliyi  sionist-amerika qüvvələrinin hesablamalarını bir-birinə vurdu. Müharibənin uzanması düşmən ordusuna böyük ziyan vurur və biz qələbə əlamətlərini gördüyümüz halda, düşmən hətta bircə məqsədinə belə çatmayıb.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir