İslami Cihad: İsrail ədəblənməlidir!

QafqazTimes xəbər verir ki, sionist rejimin işğalçı əsgərləri çərşənbə axşamı səhər saatlarında İordan çayının qərb sahilindəki Cenin düşərgəsinə hücum edərək, İslami Cihad hərəkatının Bəssam Əl-Sədi adlı yüksək rütbəli üzvlərindən birini həbs ediblər.

Bu təcavüzdən sonra sionistlər, İslami Cihad və digər Fələstinin müqavimət qrupları dəfələrlə sionist rejiminə xəbərdarlıq ediblər ki, bu hərəkətə cavab verəcəklər.

İslami Cihad hərəkatının Livandakı nümayəndəsi Ehsan Ətaya sionist rejimin Misirin vasitəçiliyi ilə Qəzza zolağı ilə cənub cəbhəsində vəziyyəti sakitləşdirməyə çalışdığını açıqlayıb.

Ətaya əl-Mənar telekanalına bildirib ki, İslami Cihad bu hadisəyə səssiz qalmamağa və qəti mövqe tutmağa qərar verib.

O, sionizm düşməninin ədəbləndirilməsinin lazım olduğunu vurğulayaraq, deyib: “Atəşkəs müəyyən şərtlərlə qəbul olunub ki, bunu [İslami Cihad] hərəkatı ictimaiyyətə açıqlamayıb, yalnız Misir vasitəsilə göndərib və bu şərtlərin ən başlıcası həbsdə olan müqavimət əsirləri, o cümlədən Əl-Sədi və Əl-Əl- Əvavədənin azad olunmasıdır.”

Bu Cihad rəsmisi onu da bildirib ki, əgər bu atəşkəs baş tutsa, o, yalnız cənub cəbhəsi ilə məhdudlaşacaq və işğal olunmuş Fələstinin daxilini əhatə etməyəcəkdir.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri