İslami Cihad: İsrailə atdığımız raketlər Şəhid Süleymani vasitəsilə bizə çatdı

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə vurğulayıb ki, Şəhid Qasim Süleymaninin adı ABŞ-ın keçmiş prezidenti Donald Tramp başda olmaqla ona sui-qəsd edən bütün adlardan qat-qat üstündür.

Əl-Aləm telekanalına görə Ən-Nəxalə deyib: “Şəhid Süleymaninin qanını tökdülər. Çünki o, ABŞ və sionist rejimin siyasətləri qarşısında əsas maneə idi.”

O, Hacı Qasimi fələstinli mücahidlərin önündə olduğunu qeyd edərək deyib: “O, Fələstin məsələsinin müdafiəçisi idi… Təl-Əvivi vurduğumuz raketlər ilk dəfə Qasim Süleymaninin nəzarəti altında bizə çatdı.”

İslami Cihadın Baş Katibi qeyd edib: Süleymani bizə vurğuladı ki, biz heç vaxt döyüşmədən qalib gələ bilməyəcəyik… Bəli, Fələstin müqaviməti düşmənə deyir: Əgər dünyadakı bütün silahlara malik olsanız belə, biz sizi yenə mühasirə edəcəyik.”

Bundan əlavə İslami Cihad Hərəkatının siyasi ofisinin yüksək rütbəli üzvü Yusif Əl-Həsayinə də bu yaxınlarda general Süleymaninin şəhadətinin ikinci ildönümü ilə bağlı çıxışında deyib: “Allahın lütfü, Şəhid Süleymani və Şəhid Əbu Mehdi əl-Mühəndisin canfəşanlığı ilə bölgədəki müqavimətdə bir dəyişiklik baş verdi.”

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)