İslami Cihad: Almaniya soyqırıma və qətliama haqq qazandırır

Qafqaztimes xəbər verir ki, cümə axşamı Fələstin İslami Cihad hərəkatının sözçüsü Tariq Silmi, Almaniya xarici işlər nazirinin işğal altındakı Fələstinə səfəri zamanı söylədiyi fikirləri irqçi olaraq xarakterizə edib.

“Əl-Mihvar” veb saytının yazdığına görə, o, mediaya verdiyi açıqlamada deyib: “Almaniya Xarici İşlər Nazirinin İsrailin özünü müdafiə etmə haqqına sahib olması barədə fikirləri qətl və soyqırıma haqq qazandırır və müharibənin dayandırılmasına kömək etmir.”

Onun sözlərinə görə, Almaniya Xarici İşlər nazirinin sözləri irqçi və cahilanədir. Buna görə də o, həqiqəti Qərbin və sionist rejimin müstəmləkəçi maraqlarına uyğun bir prizmadan görməyə çalışır.”

Həmçinin İslami Cihadın sözçüsü, Fələstin xalqının müqavimətinin sionist zülm və terrorunun müqabilində təbii və qanuni bir haqq olduğunu vurğulayıb.

Almaniyanın xarici işlər naziri Hayko Maas bu gün Tel-Əvivə daxil olaraq sionist həmkarı Qabi Aşkenazi ilə birgə mətbuat konfransında iştirak etmişdir. O, verdiyi açıqlamada, “Almaniya qeyd-şərtsiz İsrailin yanındadır. Fələstinlilərlə israillilər arasındakı mövcud vəziyyət davam etməməli, şiddət və nifrət dayandırılmalıdır”, deyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib