İslami Cihad, ABŞ təhlükəsizlik heyətinin işğal altında olan Fələstinə səfərinin nəticələri ilə bağlı xəbərdarlıq etdi

Qafqaztimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatı, ABŞ təhlükəsizlik heyətinin işğal altında olan Fələstinə səfərinin və Ramallah və işğal olunmuş Fələstində keçirdikləri görüşlərin nəticələri ilə bağlı xəbərdarlıq edib.

İslami Cihadın sözçüsü Tariq Silmi çərşənbə axşamı günü verdiyi açıqlamada bildirib: “ABŞ kəşfiyyat heyətinin işğal olunmuş ərazilərə səfəri, Tel-Əvivlə təhlükəsizlik əməkdaşlığını gücləndirmək və Fələstin Muxtariyyəti, sionist rejim və ABŞ arasında üçtərəfli razılaşmanı həyata keçirərək nəticəsiz danışıqlar prosesini bərpa etmək məqsədi daşıyır.”

İslami Cihad sözçüsü, Fələstin milli qruplarını Fələstin xalqının hüquq və prinsiplərini məhv etmək üçün qurulan bütün planlara qarşı çıxmağa və Fələstin xalqının işğalçı rejimə qarşı inqilabını aradan aparmaq istəyən bütün fitnələrə qarşı ayıq olmağa çağırıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Villiam Burnsun İran da daxil olmaqla müxtəlif mövzularda İsrail rəsmiləri ilə danışmaq üçün işğal altında olan Fələstinə girməsi planlaşdırılır. Bundan əlavə onun Ramallahda Fələstin Muxtariyyətinin rəsmiləri ilə görüşəcəkləri də ehtimal olunur.

Arab 21 News da bu gün məlumatlı mənbələrə istinadən ABŞ, Fələstin Muxtariyyəti və Sionist rejimin işğalçıları arasında üçtərəfli gizli razılaşma sənədi barədə xəbər verib.

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı