İslami Cihad: ABŞ-ın Yəmənə hücumları sionist rejimi dəstəkləmək üçündür

İslami Cihad: ABŞ-ın Yəmənə hücumları sionist rejimi dəstəkləmək üçündür

Fələstin İslami Cihad Hərəkatı bəyanat yayaraq Amerikanın Yəmənə hücumlarını qınayaraq bunu sionist rejimin dəstəklənməsi istiqamətində olduğunu deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İslami Cihad Hərəkatının bu günkü ( 15 mart) bəyanatında deyilir: ABŞ-ın Yəmənə təcavüzlərinin arxasında sionist rejimi dəstək məqsədi dayanır. Yəmən xalqının Fələstin və Qəzzə xalqına, həmçinin müqavimətə olan dəstək mövqeyi əsil ərəb və islam maarifinin örnəyidir.

Bəyanatda həmçinin deyilir: Yəmən xalqı və liderlərini müqavimətin istemarçılar qarşısında möhkəm iradəsini alqışlayırıq.

Qeyd edək ki, bir neçəsaat öncə Yəmən mediaları ABŞ qırıcılarının Səna şəhərinin müxtəlif bölgələrinə hücumundan xəbər verib. Bəzi KİV-lər Yəmən paytaxtının Əl Cəraf məntəqəsinə güclü hava zərbələrinin endirdiyini elan edib.

Related posts

Husilər ABŞ nin gəmisini qaçırdılar

Yəmən Müdafiə Naziri: Sionist rejimini ədəbləndirməyə hazırıq

Əl Husi: Yəmən xalqı Amerika terrorizmindən qorxmur