İslam ölkələri Livana dəstək verir

İslam ölkələri Livana dəstək verir

İslam ölkələri qrupu Cenevrədə keçirilən İnsan Haqları Şurasının 57-ci iclasında sionist rejimin beynəlxalq qanunlara qarşı etinasızlığının nigaranedici olduğunu vurğulayıblar.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən,  İnsan Haqları Şurasının 57-ci iclasında İslam Ölkələri Qrupu bu gün (26 sentyabr) bəyanat yayaraq sionist rejimin Livana son hücumları, dinc əhaliyə qarşı amansız cinayətlərini pisləyiblər.

Bəyanatda İsrail hərbi qüvvələrinin Livanın cənubunda sivil insanları hədəfə almasını beynəlxalq hüquqların pozulması kimi qəbul edərək bunu insanlıq əleyhinə və bəşər övladının ilkin hüquqlarının tapdalanması olduğunu qeyd ediblər.

Bəyanatda həmçinin günü-gündən beynəlxalq hüquq pozuntusu və qanunlara məhəl qoyulmamasından böyük narahatlıq ifadə edilərək sionist rejimin Livana hücumları zamanı vəhşicəsinə öldürülən, yaralanan qadın, uşaq və qocaların görüntüləri sarsıdıcı olduğu diqqət mərkəzinə çevrilib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib