İslam İnqilabının Rəhbərinin Livan xalqına mesajı: Sizin dərdiniz bizim dərdimizdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri müqavimətli və müharibə şəraitində olan Livan xalqına şifahi müraciətində deyib: Biz sizdən ayrı deyilik, biz sizinləyik, biz sizinlə birik.

Bu barədə Ayətullah Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsinin məlumat bazası xəbər verib.
İnqilabın lideri Ayətullah Xameneinin müqavimət göstərən Livan xalqına verdiyi şifahi cavabda deyilir:

“Biz sizdən ayrı deyilik, biz sizinləyik, biz sizinlə birik. Ağrılarınıza, iztirablarınıza, şərikik.
Sizin dərdiniz bizim dərdimizdir, biz sizdən ayrı deyilik”.

İslam İnqilabının Rəhbəri bu şifahi mesajı bir qrup mücahid fəallar ilə birlikdə Livan müqavimətçi xalqının yanında olmaq və İranın yardımlarını paylamaq üçün Livana səfər edən cənab Meysəm Mütiinin məktubuna cavab olaraq verib.

Qafqaztimes

Al-alam

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?