İslam İnqilabı dünya mətbuatında

QafqazTimes xəbər verir ki, dünyanın müxtəlif media orqanları cümə günü İran İslam İnqilabı qələbəsinin 43-cü ildönümü mərasimini işıqlandırıblar.

Associated Press yazıb ki, “Korona virusunun yayılması səbəbindən minlərlə avtomobil və motosiklet ardıcıl ikinci ildir ki, cümə günü 1979-cu il İran İnqilabının 43-cü ildönümü münasibətilə yürüş keçirib.”

Bu xəbər agentliyi yazıb: “İranın paytaxtı Tehranda insanlar şəhərin bir neçə yerindən İran prezidentinin çıxışının keçirildiyi Azadlıq meydanına doğru yürüş etməyə başlayıblar. İran bayrağını əllərində tutan izdiham “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirərək, Qərbin himayə etdiyi şahın qovulmasını və İslam liderlərinin hakimiyyətə gəlişini qeyd ediblər.”

Associated Press əlavə edib: “İran İslam İnqilabının qələbəsinin ildönümü Vyanada nüvə anlaşmasının dirçəldilməsi üçün Tehranla dünya qüdrətləri arasında danışıqların getdiyi bir vaxtda qeyd olunur. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxdıqdan və İrana qarşı sanksiyaları bərpa etdikdən sonra rəsmi Tehran da buna cavab olaraq öz öhdəliklərini tədricən azaldıb.”

Fransa xəbər agentliyi isə yazıb ki, soyuq havaya baxmayaraq, motosiklet və velosiped sürən insanlar Azadlıq Meydanına tərəf hərəkət ediblər. Bəziləri avtomobillərini yaşıl, ağ və qırmızı rənglərə boyayaraq, avtomobil şüşələrinin üzərində “Amerikaya ölüm”, “Sona qədər dayanacağıq”, “Təslim olmayacağıq” kimi şüarlar qeyd ediblər. Küçənin qarşı tərəfində isə Amerika bayraqları da yandırılıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib