İslam dünyasına növbəti xəyanət / BƏƏ xarici işlər naziri işğal olunmuş ərazilərə səfər edəcək

QafqazTimes xəbər verir ki, sionist mediasının məlumatına görə BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayid Ali-Nihyan gələn həftə işğal olunmuş ərazilərə səfəri zamanı bu rejimin rəsmiləri ilə görüşəcək.

Fələstin KİV-lərinin məlumatına görə, BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayid Ali-Nihyan gələn həftə işğal olunmuş ərazilərə səfər edəcək.

Sionist rejim televiziyasının 12-ci kanalı da BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayidin gələn həftə bu ölkəyə səfəri zamanı İsrail rəsmiləri ilə görüşəcəyini bildirib.

Bu sionist telekanalı daha sonra bildirib ki, bu səfər gizli həyata keçirilməli imiş, lakin son anda açıqlanıb.

Qeyd edək ki, 2020-ci ilin sonlarında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə BƏƏ və sionist rejim arasında “İbrahim müqaviləsi” kimi tanınan münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb və o vaxtdan bəri müxtəlif sektorlarda ikitərəfli əlaqələr gücləndirilib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur