Qafqaztimes xəbər verir ki, İraq təhlükəsizlik mənbəsi çərşənbə axşamı axşam saatlarında İŞİD terror qruplaşmasının İraqın Samirra şəhərində əməliyyat keçirmək niyyətində olduğunu bildirib.
Bağdad Əl-Youm xəbər saytı bu mənbəyə istinadən bildirib ki, İraq təhlükəsizlik qüvvələri İŞİD qruplaşmasının terror əməliyyatları keçirməyi planlaşdırdığı barədə məlumat əldə ediblər.
Bu mənbəyə görə, bu əməliyyatda məqsəd İmam Həsən Əskərinin(ə) mübarək hərəmini, Samirra bazarlarını və şəhərin digər izdihamlı yerlərini hədəfə almaqdır.
Mənbə həmçinin qeyd edib ki, bu əməliyyat Əl-İshaqi bölgəsindən hərəkət edəcək bir bomba yüklü avtomobillə aparılmalı imiş.
Bununla əlaqədar olaraq, Həşdu Şəbi təşkilatının informasiya mərkəzi bu yaxınlarda bir İŞİD terrorçusunun və bu terror qruplaşmasının Samirra şəhərinin cənubunda yerləşən 6 sığınacağının məhv edildiyini açıqlayıb.
Bu mərkəzin açıqlamasında deyilir: “Həşdu Şabinin 41-ci briqadasına aid bölməsi təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq nəticəsində, Yəsrib bölgəsinin Əl-Sərra məntəqəsində İŞİD ünsürlərini təqib etməyə müvəffəq olmuş və bu əməliyyat çərçivəsində altı sığınacaq və bir İŞİD üzvü məhv edilmişdir.