İŞİD-in qadın batalyonunun amerikalı komandiri həbs olunub

QafqazTimes xəbər verir ki, AFP-nin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi şənbə günü Suriyada İŞİD-ın qadın batalyonuna komandirlik edən bir amerikalı qadının xarici terror təşkilatına dəstək verməkdə ittiham edilərək həbs olunduğunu açıqlayıb.

ABŞ Ədliyyə Nazirliyi açıqlamasında bildirib ki, Amerikanın Kanzas ştatından olan 42 yaşlı Alison Flok-Akren bu yaxınlarda Suriyada həbs edilib və cümə günü FTB-yə təhvil verilib.

Bu ekstremist qadının bazar ertəsi Vaşinqtonun Aleksandriya Federal Məhkəməsinə çıxarılması planlaşdırılır. Günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.

“Washington Post”un məlumatına görə, onun məhkəməsi ABŞ-da ilk dəfə İŞİD-in belə mühüm üzvü olan bir şəxsin məhkəməsi olacaqdır.

ABŞ Ədliyyə Nazirliyi elan edib ki, Alison Flok-Akren uzun illər əvvəl terror fəaliyyətləri törətmək və ya terroru dəstəkləmək məqsədi ilə Suriyaya səfər edib.

“Ummu Muhəmməd əl-Əmriqi” kimi tanınan bu qadın həmçinin ABŞ-da bir universitetə ​​terror hücumu etmək məqsədi ilə agentləri cəlb etməkdə ittiham olunur. Bundan əlavə o, ABŞ-da bir ticarət mərkəzinə hücum etmək arzusunu da dilə gətirib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya