İŞİD-in keçmiş lideri Türkiyə kəşfiyyat idarəsinin üzvü olub

QafqazTimes xəbər verir ki, İraqda istefada olan briqada generalı və hərbi analitik Adnan əl-Kənani Türkiyənin İraqda terrora və bəzi siyasi partiyalara dəstəyini və Ankaranın İraqda ekspansionist planlarını həyata keçirmək üçün İŞİD lideri Abdulla Qardaş və onun qardaşı ilə əlaqələrini izah edərkən bildirib: “Türkiyənin İraq ərazilərini işğal etmək və nəzarət altına almaq layihəsini şərh etmək Ankaranın Şimali İraqda gördüyü işlərin qarşısını almayacaq.”

O, Əl-Məlumə-yə müsahibəsində deyib:
“Türkiyə 2014-cü ildən əvvəl İŞİD terror ünsürləri üçün təhlükəsiz bir sığınacaq idi və Şərqi Asiya və Afrika da daxil olmaqla dünyanın hər yerindən olan terrorçulara ev sahibliyi edirdi.”

Əl-Kənani əlavə edib: “Abdullah Qardaş Türkiyə kəşfiyyat xidmətinə cəlb olunanlardan biridir ki, İraqda İŞİD terror qruplaşmasının liderlərindən birinə çevrilmiş, onun qardaşı isə Türkiyə kəşfiyyatı ilə İraq və Suriyada İŞİD arasında əlaqə zabiti olmuşdur.”

O, həmçinin vurğulayıb: “İraq daxilində bu gün İraqda mühüm mövqelərə sahib olan və qərar qəbul etmə gücünə malik olan bəzi siyasi partiyalar da Ankara tərəfindən dəstəklənir. Bunlar Türkiyənin hərbi müdaxiləsinin qarşını ala biləcək hər hansı bir layihəni pozmaq üçün maneələr yaradırlar.”

Bu arada Türkiyənin yüksək rütbəli rəsmiləri bu yaxınlarda iddia ediblər ki, İŞİD-in yeni lideri Əbul-Həsən əl-Quraşi İstanbulda keçirilən antiterror əməliyyatı zamanı həbs edilib və prezident Rəcəb Tayyib Ərdoğan əl-Quraşinin həbsi barədə məlumatlandırılıb.

Rəsmilərin verdiyi məlumata görə, terrorla mübarizə polisi və kəşfiyyat agentləri fevral ayında ABŞ-ın Suriyada keçirdiyi əməliyyat zamanı İŞİD terror qruplaşmasının keçmiş lideri öldürüləndən sonra qruplaşmaya rəhbərlik etdiyi güman edilən şəxsi həbs edib. Bundan əvvəl rəsmi açıqlamada İŞİD terror qrupu Əbu İbrahim əl-Quraşinin ABŞ-ın Suriyadakı hərbi əməliyyatı zamanı öldürüldüyünü təsdiqləmiş və onun yerinə Əbul-Həsən əl-Quraşinin təyin edildiyini elan etmişdi.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib