İŞİD Əl-Quraşinin qətlini təsdiqləməyib

QafqazTimes.com AiF-ə istinadən xəbər verir: Vaşinqton etiraf edib ki, Suriyada İŞİD başçısı Əbu-İbrahim Əl-Quraşinin likvidəsi zamanı onun arvadı və uşaqları da qətlə yetirilib. Əməliyyat Suriyada həyata keçirilib. Pentaqonun sözçüsü Con Kerbi hərbi əməliyyatlar zamanı mülki şəxslərin ölümünü araşdırmaq fikrində olmadıqlarını bildirib.

Ehtimal var ki, Əl-Quraşi mühasirədən çıxmağın mümkün olmadığını görüb özünü partladıb. Associated Press antiterror əməliyyatda 13 nəfərin, o cümlədən 4 qadın və 6 uşağın qətlə yetirildiyini təsdiqləyib.

Əl-Quraşinin likvidə olunmasını xəbərini verən Bayden Amerika hərbçiləri arasında itki olmadığını vurğulayıb. Əl-Quraşi 31 oktyabr 2019-cu ildən İraq və Levantda İŞİD-ə başçılıq edirdi.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya