İşğalçılar Rəfəhdə raketlə vuruldu

İşğalçılar Rəfəhdə raketlə vuruldu

Sionist rejim hərbçiləri Qəzzə zolağında amansızca əməliyyatlar keçirdiyi bir halda Fələstin müqavimət dəstələrinin də işğalçı rejimə hücumlardan xəbər verirlər.

İRNA-nın məlumatına əsasən, Şəhid Ömər Əl Qasim müqavimət qüvvələr bu gün (17 oktyabr) bəyanat yayaraq elan edib: Müqavimət qüvvələrimiz Rəfəh keçidi bölgəsində düşmən sionistin toplaşdığı mövqeləri 107 mm-lik qısamənzilli raketlərlə hədəfə aldı. Verilən hesabata görə raketlər tam dəqiqliklə vuruldu və düşmənə ağır tələfat verdik.

Bəyanatda həmçinin deyilir: Qüvvələrimiz Nasir Səlahəddin dəstəsi ilə şərqi Cibaliyyənin Məflasim kimi qəsəbələrini 107mm-lik qısa mənzilli raketlə vurdu.

Qeyd edək ki, müqavimət dəstələrinin bu hücumları ilə eyni zamanda sionist hərbçilər də Qəzzənin şərqində Əl Zeytun məhəlləsini bombardman edib. Deyrəl Bələh şəhərinin qərbinə hava hücumlarında fələstinlilər yaralanıb.

Related posts

Həmasla müharibə İsraili çökürür – Video

Həmas Fars Körfəzi Əməkdaşlıq Şurası və Avropa başçılarının iclasına reaksiya verdi

Tarix sionistlərin Qanada üçüncü cinayətini qeydə aldı – Video