İşğalçı sionistlərin Ramazan ayına hazırlıqları

Sionist İsrail rejimi fələstinlilərin mübarək Ramazan ayında anti-sionist əməliyyatlarından ehtiyat edərək Qər sahilində şübhəli bildikləri gəncləri həbs ediblər.

Əl-Aləm telekanalının məlumatına əsasən, işğalçılar heç bir dəlil-sübut olmadan 20 fələstinlini həbs ediblər. Onların arasında yeni həbsxanadan azad olan gənclər də var.

Fələstin Əsirlər Cəiyyəti isə Əl-Niqəb həbsxanasında vəziyyətin gərgin olaraq qaldığından xəbər verir.

Ramullahda da sionistlərin həbs əməliyyatları müşahidə olunur. Əldə edilən xəbərə görə işğal olunmuş Qüds sakinlərinə Məscidül Əqsaya yaxınlaşmamaq tapşırığı verilib və deyilib ki, şəhəri tərk etsinlər.

Cəbə qəsəbəsində 3, Əl-Səvitatda isə 2 fələstinli gənc həbs edilib. Qüdsdə də 5 fələstinlinin saxlanıldığı deyilir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur