İnformasiya qaynaqları sionist qəsəbə sakinlərinin Livanın Marunər Rəəs torpağına daxil olaraq orada çadır qurduqlarından xəbər verib.
İRNA-nın məlumatına əsasən, sionist rejim ordusu bu gün (18 dekabr) elan edib: İşğal olunmuş Fələstində yaşayan bir neçə qəsəbə sakini Livan torpağına daxil olaraq Marunər Rəəs məntəqəsində yaşamaq üçün çadır qurub. Bu barədə tədqiqat işləri gedir.
Bir neçə saat öncə də media qaynaqları sionist rejimin bir uçuşsuz aparatının Beyrut və Zahiyə səmasında görünməsindən xəbər vermişdi.
Xatırladaq ki, İsrail-Hizbullah arasında atəşkəs razılaşması imzalandıqdan sonra sionist rejim ordusu dəfələrə Livanın hava məkanına daxil olaraq atəşkəs rejimini pozub. Nəticədə bir neçə nəfər şəhid olub və yaralanıb.