İşgəncəyə görə valideynlər məktəbə axışdılar: Direktorla qarşıdurma – VİDEO

Bakı məktəblərində şagirdin zorakılığa məruz qalması ilə bağlı daha bir xəbər yayılıb.

Bakupost.az xəbər verir ki, Suraxanı rayonundakı 89 nömrəli orta məktəbin yeddinci sinfində təhsil alan şagirdlərdən birinin ayaqyolunda zorakılıqla üzləşməsi iddia edilib. Belə ki, həmin şagirdin anası qızının xəsarət izləri olan fotosunu yayaraq, onun bir neçə nəfər tərəfindən işgəncəyə məruz qaldığını bildirib. O, valideynlərin qrupuna səs göndərərək hər kəsi ehtiyatlı olmağa çağırıb.

Məsələ ilə bağlı məktəbin yaydığı məlumatda bildirilir ki, həmin şagird özü-özünə xəsarət yetirib:

“Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız “mənim işim var” deyərək onları yola salıb.

Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. O, məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn övladının gizlətdiyi kəsici aləti tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.

Bu gün isə məktəbdə təhsil alan şagirdlərin valideynləri məktəbə gediblər və orada gərginlik yaranıb. Valideynlərlə məktəb rəhbərliyi arasında mübahisə düşüb. Valideynlər bildiriblər ki, məktəbdə tez-tez neqativ hallar baş verir, uşaqlar arasında dava, hətta narkotik vasitə çəkmə halları, kriminal üslubda hesablaşmalar olur. Onlar bildiriblər ki, bu yaxınlarda uşaqlar arasında bıçaq davası da baş verib. Valideynlər bu məsələlərə əncam çəkməyi tələb ediblər. Hətta valideynlərin direktora hücum etdikləri, onların qarşısının çətinliklə alındığı da bildirilir.

Qeyd edək ki, dünən axşam digər bir təhsil ocağında – Ramanadakı 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qızın döyülməsi xəbəri sosial şəbəkələrdə ajiotaja səbəb olub. Təhsil Nazirliyinin yaydığı məlumatda isə şagirdin döyülmədiyi, yıxılıb əzildiyi bildirilib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

4 şərhlər

penis enlargement Dekabr 1, 2023 - 11:42 səhər
Bokep Bocil Dekabr 1, 2023 - 1:55 axşam

fantastic publish, very informative. I’m wondering why the
opposite experts of this sector do not understand this.
You should continue your writing. I’m confident, you’ve a
huge readers’ base already!

buy viagra online Dekabr 7, 2023 - 5:58 səhər
mztlqypmaz Oktyabr 26, 2024 - 2:09 səhər

Muchas gracias. ?Como puedo iniciar sesion?

Add Comment