İrlandiya: Qəzzədə vəziyyət acınacaqlıdır

İrlandiyanın xarici işlər naziri sionist rejimin Qəzzədə humanitar yardımlara məhdudiyyət qoymasını tənqid atəşinə tutuaraq deyib: Bu sektorda vəziyyət doğrudan da acınacaqlıdır.

Əl Aləm telekanalının məlumatına əsasən, Mişail Martin bu gün (24 aprel) X sosial media hesabında yazıb: İsrail rejimin Qəzzə zolağına humanitar yardımlara qoyduğu məhdudiyyət fələstinlilərə ümumi cəza xarakteri daşıyır.

Mişail Martin Fələstin Qırmızı Aypara Cəmiyyətinin sözlərinə işarə edərək deyib: Sionist rejim Qəzzə zolağına tibbi avadanlıq və preparatlara belə qadağa qoyduğu halda mediada həqiqətləri əksinə cilvələndirir və ümumi auditoriyada paradoksal fikirlər yaradır.

M.Martin Qəzzədəki vəziyyətin olduqca pis olduğunu, bu günə kimi dünya miqyasında belə bir faciənin görünmədiyini qeyd edərək yazıb: İsrail rejimin bu zolaqda humanitar yardımlara məhdudiyyət qoyduğu göz qabağındadır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir