İraqlı alim: Amerika ilə Qasim Süleymani strategiyası ilə mübarizə aparaq

İraqlı alim: Amerika ilə Qasim Süleymani strategiyası ilə mübarizə aparaq

İraqın dini alimlərindən biri şəhid Qasim Süleymani və Əbu Məhdi Əl Mühəndisin düşmənlə mübarizə və müqavimət strategiyasını diqqət mərkəzinə çəkərək İraqın məhvinə çalışan Amerika ilə bu şəhidlərin prinsipi ilə mübarizə aparmağın zəruri olduğunu vurğulayıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ayətullah Seyid Yasin Əl Musəvi bu gün (7 yanvar) general Qasim Süleymaninin şəhadətinin 5-ci ildönümünə həsr olunmuş anım mərasimindəki çıxışında deyib: Cinayətkar Tramp bu iki əziz komandiri sivilizasiya müharibəsi şərçivəsində terror etdi. Çünki Qərb sivilizasiyası islam ölkələrini öz istilası altına almaq, müsəlmanların təbii sərvətlərini yağmalayıb qarət etmək istəyir.

Ayətullah Seyid Yasin Əl Musəvi əlavə edib: Uzun illərdir ki, Qərb ölkələri bu planı həyata keçirməyə çalışdığı üçün biz müsəlmanlar ayıq-sayıq olmalı, qəflət yuxusundan oyanmalıyıq ki, sərvətimiz düşmənlərin əlinə düşməsin. Son zamanlar biz müsəlmanlar Allahın əmrlərinə tabe olub, onun qoyduğu ibadət qaydalarına riayət etməklə, yalnız öz asayişimizi təmin etmək fikrində olduğumuz üçün qəflət yuxusuna getmişik.

Related posts

Tramp Netanyahuya qarşı mənalı video yayımlayıb – video

Amerikanın İraqı işğalına qarşı ciddi mövqe sərgiləmək lazımdır

Sionist ordusu qismən Livandan çəkildi