İraqın şimalındakı Türkiyə hərbi bazasına pilotsuz təyyarə və raket hücumu

QafqazTimes xəbər verir ki, bəzi xəbər mənbələri İraqın şimalında, Mosul əyalətində türk hərbi bazasına hücum edildiyini bildiriblər.

“Sabirin News” telegram kanalı hücumların türk hərbçilərinin yerləşdiyi Zelikan bazasında həyata keçirildiyini bildirib.

Sabirin News həmçinin bildirib ki, hücumlar bir neçə sabit qanadlı dron və raketlərlə həyata keçirilib. Bu hücumlar nəticəsində ölənlər barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl, mayın 22-də Zelikan bazası pilotsuz təyyarə ilə hədəfə alınmışdı. Həmin hücumda dörddən çox pilotsuz təyyarə Türkiyənin Baaşikadakı bazasını hədəfə almışdı.

“Əhraru Sincar” hərəkatının sözçüsü Tovuz Məlik bu əməliyyatla bağlı bunları söyləyib: “Biz Türkiyə işğalçılarına İraq ərazisinə və onun dinc məntəqələrinə dəfələrlə təcavüzün davam etdirilməsinin nəticələri barədə xəbərdarlıq etmişik və bu əməliyyatımız Kərkük və Dohuk ətraflarında son işğallara cavab olaraq həyata keçirilib.”

Tovuz Məlik həmçinin deyib: “Əməliyyatımız başlayandan bəri ilk dəfə istifadə etdiyimiz iki yüksək keyfiyyətli pilotsuz təyyarə ilə Türk işğalçılarının Baaşikadakı bazasını hədəf aldıq. Bu iki pilotsuz təyyarə öz hədəflərini böyük dəqiqliklə vurub və ilkin məlumata görə, türk işğalçılarına maddi zərər və insan tələfatı dəyib.”

Əhraru Sincarın sözçüsü belə yekunlaşdırıb: “İşğal öz vəhşiliyi və təcavüzü ilə davam etdikcə əməliyyatlarımız da davam edəcək və daha əvvəl dediklərimizi təsdiq edirik ki, İraqın hər qarış torpağına edilən istənilən hücumu Sincara hücum kimi qiymətləndirəcəyik.”

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))