İraqın “Kətaib Hizbullah” müqavimət qrupu yeni strateji mərhələyə daxil olduğunu elan etdi

Qafqaztimes xəbər verir ki, Livan Hizbullah hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah, “Qüds Qılıncı” döyüşü bitdikdən sonra etdiyi çıxışında, yeni bir strateji mərhələnin başlanğıcını elan edərək deyib: “İşğal altında olan Qüdsdəki müqəddəs məkanlara edilən hər hansı bir hücum, regional bir müharibəyə bərabər olacaqdır!”

İraqın “Kətaib Hizbullah” müqavimət qrupu da Livan Hizbullah hərəkatı baş katibinin bu çağırışına qoşularaq, bəyanat vermis və Sionist rejimin məğlubiyyəti dadacağını vurğulamışdır.

Bu bəyanatın bir hissəsində belə gəlib: “Onlar ABŞ və bu rejimin müttəfiqləri olan xain hökümətlərin dəstəyi ilə fələstinlilərin haqlarına təcavüz etməyə özlərində cürət tapdılar.”

“Kətaib Hizbullah” müqavimət qrupu həmçinin vurğulayıb: “Uca Allahın köməyi ilə Kətaib Hizbullah sionistlərə rəzalət, məğlubiyyət və acizliyi dadızdıracaqdır.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur