İraqda ticarət mərkəzində baş verən yanğında 63 nəfər həlak olub

İraqın Vasit vilayətinin Əlkut şəhərində yerləşən bir ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində 63 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Qafqaz Times-ın verdiyi məlumata görə, İraqın rəsmi xəbər agentliyi xəstəxana mənbələrinə istinadən bildirib ki, Əlkut şəhərindəki ticarət mərkəzində baş verən böyük yanğın dəhşətli itkilərə səbəb olub.

Hadisədən sonra Vasit vilayətinin valisi Əlkut şəhərində 3 günlük ümummilli matəm elan edib.

İraqın şiə mərcəi-təqlidi Ayətullah Sistaninin ofisi bu faciəvi hadisə ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Ayətullah Sistaninin ofisinin bəyanatında bildirilir: “Bu böyük faciədə sevdiklərini itirən ailələrə dərin hüzn və başsağlığımızı bildirir, vəfat edən şəhidlər üçün Uca Allahdan geniş rəhmət diləyirik.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur