İraqda seçkilərin nəticələrinə etiraz aksiyası

Qafqaztimes xəbər verir ki, minlərlə iraqlı cümə günü Yaşıl Zona yaxınlığında nümayiş keçirərək son seçkilərin nəticələrinin ləğvini tələb edib.

Etirazçılar Bağdad küçələrinə çıxaraq “Sabitlik Cüməsi” şüarları səsləndirib və Ali Seçki Komissiyasının elan etdiyi nəticələrə qarşı şüarlar veriblər.

Bir qrup nümayişçi isə Yaşıl Zonanın qarşısındakı beton maneələri söküb içəri girməyə çalışarkən Həşdu Şabinin təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınıb.

Bağdadda keçirilən mitinqdə İraqın tayfa şeyxləri də iştirak edərək müqavimətə dəstək şüarları səsləndiriblər.

İraq seçkilərinin nəticələri əleyhinə nümayişlərə rəhbərlik edən komitə bəyanat yayaraq bildirib ki, seçki saxtakarlığı bir həqiqətdir və etirazçılar buna əsla göz yummayacaqlar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib