İraqda Həşd Şəbi aksiya keçirdi

QafqazTimes.com Tasnim-ə istinadən xəbər verir: İraq Həşd Şəbi könüllü müdafiə qüvvələrinin komandanı Əbu-Mehdi Əl-Muhəndis və İran Qüds Qüvvələri komandanı  Qasim Süleymani terrorçu ABŞ tərəfindən şəhadətə yetirildikdən sonra Bağdadın Əl-Firdovs meydanında xatirə büstləri qoyuldu. İraq xalqı hər iki şəhidi ölkənin xilaskarı sayır, milli qəhrəman kimi yad edir. Ötən gün Əl-Firdovs meydanında etiraz aksiyası keçirilib. Səbəb xatirə abidəsinin meydandan götürülməsi qərarıdır. Əksəri Həşd Şəbi üzvü olan aksiyaçılar baş nazir Mustafa Əl-Kazimiyə məktub ünvanlayıb, şəhidlərə qarşı hörmətsizliyin qarşısının alınmasını istəyiblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib