İraqda davam edən gərginliyin və siyasi böhranın təhlükələri

QafqazTimes xəbər verir ki, regional və beynəlxalq problemləri araşdıran tədqiqatçılar İraqda gərginliyin davam edəcəyi təqdirdə İraqın üzləşəcəyi təhlükələr barədə xəbərdarlıq ediblər.

Analitiklər deyir: Türk qüvvələrinin Şimali İraqda olması və Amerikanın bu ölkədəki işğalı bu təhlükələrdəndir. İraqdakı istənilən gərginlik bütün regiona təsir edəcək. İraqda bəzi qırmızı xətlər, o cümlədən regional və beynəlxalq məsələlərdə Bağdadın mövqeyi ilə bağlı konsensus olmalıdır.

Hazırda İraqdakı gərginlik bu ölkə üçün regionda zəif nöqtə ola bilər və bu ölkədə daha çox gərginlik yaratmağa çalışan qərblilər və bəzi Fars körfəzi ölkələri tərəfindən istifadə oluna bilər.

Digər tərəfdən, İraq siyasətçiləri bu siyasi münaqişələrin ölkəyə heç bir faydası olmadığını vurğulayırlar. İraq belə münaqişələrə dözə bilməz və bütün tərəflər danışıqlar masasına oturmalıdır.

İraqlı siyasətçilər bildirirlər ki, İraq Milli Hikmət cərəyanı Seyid Əmmar əl-Həkimin başçılığı ilə Sədr fraksiyasının parlamenti tərk etməsindən əvvəl ölkədəki siyasi böhranın həlli üçün təşəbbüslər irəli sürmüşdü.

Sədr cərəyanı öz tərəfdarlarını etiraz aksiyaları keçirməyə dəvət edən zaman iraqlı siyasətçilər gərginliyin artması ilə bağlı xəbərdarlıq etdilər və belə bir vəziyyətin İraq xalqı və bütün məntəqə üçün çox təhlükəli olduğunu vurğuladılar.

Onlar siyasi həllə nail olmaq üçün Sədr cərəyanı və “koordinasiya çərçivəsi”nin iştirakı ilə dialoq sessiyasının keçirilməli olduğuna bildirirlər.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq