İraqda Ərbəin yürüşünə start verildi + Video

QafqazTimes xəbər verir ki, İraqın cənubundakı Bəsrə şəhəri və ətraf rayonların sakinləri çərşənbə axşamı “Fav” şəhəri ətrafındakı “Rəs əl-Bişə” bölgəsinə toplaşaraq Kərbəla istiqamətinə yürüşə başlayıblar.

İmam Hüseynin (ə) Ərbəin zəvvarları havanın həddindən artıq istiliyinə baxmayaraq, “Minəl-Bəhr ilən-Nəhr” (“Dənizdən Furat çayına qədər” şüarı ilə yürüşlərə başlayıblar.

Ərbəin zəvvarları əllərində “Ləbbeykə Ya Hüseyn” yazılmış qara, yaşıl və qırmızı bayraqlar tutaraq Kərbəlaya doğru yola düşüblər. Bu ərazi müqəddəs Kərbəla şəhərindən 500 km uzaqlıqdadı.

Eyni zamanda, İraqın digər bölgələrindən olan İmam Hüseyn (ə) zəvvarları da Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya yola düşməyə hazırlaşırlar.

Həzrət Əbəl-Fəzlil-Abbasın (ə) Müqəddəs Hərəminin dərc etdiyi statistikaya əsasən, ötən ilki Ərbəin yürüşündə 16 milyon 300 minə yaxın zəvvar iştirak etmişdir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır