İraqçi: Lazım gələrsə, Suriyaya qüvvələrimizi göndərərik

İraqçi: Lazım gələrsə, Suriyaya qüvvələrimizi göndərərik

Rusiyaya səfər planlaşdıran İran XİN başçısı Suriyanın gərgin vəziyyəti ilə əlaqədar Qətər mediası ilə müsahibəsində lazım gəldiyi təqdirdə müqavimət qüvvələrinin göndəriləcəyindən xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Abbas İraqçi bu gün (3 dekabr) deyib: İran Suriyadakı böhranın daimi həlli üçün  yeni təklif planı verməyə hazırıq.

Rəsmi Tehranın Türkiyə ilə birlikdə Suriya münaqişəsi barədə də danışıqlara hazır olduğunu qeyd edən İran diplomatı deyib: Terrorçu qrupların Suriyada olması İraq, Türkiyə və İordaniya üçün də təhlükələri var və bu ölkələrə də zərərləri olacaq.

İraqçi əlavə edib: Türkiyə hərbi qüvvələrinin Suriyadan çıxma şərti məntiqə uyğundur. Ərəb ölkələrindəki müqavimət dəstələrinə İran fərman vermir və onlarla təşkilatçılıq əlaqələri yoxdur. Əslində İran ehtiyac olarsa, müqavimətə dəstək məqsədilə bir sıra yardımlar edir.

Related posts

İsraildən azan qadağası!

İran dünya ictimaiyyətini terrorizmlə mübarizəyə dəvət edir

İraqın Xalq Səfərbərlik Qüvvələri Suriya Ordusuna qoşuldu – Foto