İraq: Türk qoşunlarının İraqdan çıxarılmasını tələb edirik

QafqazTimes xəbər verir ki, “Rudaw” xəbər agentliyinin məlumatına görə rəsmi Bağdad bütün türk qoşunlarının İraqdan çıxarılmasını tələb edib və Ankaranın öz qüvvələrinin İraq ərazisində qalmasına bəhanə gətirməsini qəbuledilməz adlandırıb.

Məlumata görə, İraqın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Hüseyn Bəhrul-Ulum Türkiyəyə qarşı Təhlükəsizlik Şurasına rəsmi şikayət ərizəsi ilə müraciət edərək, bütün türk qoşunlarının İraq ərazisindən çıxarılmasını tələb edib.

Bəhrul-ulum BMT Təhlükəsizlik Şurasının İraqdakı vəziyyəti nəzərdən keçirmək üçün Nyu-Yorkda keçirilən iclasında deyib: “PKK hücumları artıq Türkiyə qüvvələrinin İraq daxilində qalması üçün bəhanə deyil.”

Xatırladaq ki, Türkiyə ordusu ötən ilin aprelində İraqın şimalında PKK terror qruplaşmasının ünsürlərinə qarşı yeni hərbi əməliyyata başladığını açıqlamışdı.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya