İraq: Suriya hadisələrinə laqeyd qala bilmərik

İraq: Suriya hadisələrinə laqeyd qala bilmərik

İraq Bədr Təşkilatının sədri Suriyada baş verən son hadisələr, Türkiyə, ABŞ və sionist rejimlə bərabər qurduqları hiyləgər planlarını tənqid edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hadi Əl Amiri bu gün (7 dekabr) deyib: İraq dövləti Suriyada baş verən hadisələrə laqeydliklə deyil, öz mövqeyini şəffaf açıqlamaqla cavab verməlidir. Əks təqdirdə pis nəticələr yarana bilər.

Hadi Əl Amiri həmçinin Suriyada baş verənlərin İraqa da sirayət edə biləcəyini vurğulayaraq qeyd edib: Türkiyənin Qəzzəyə dəstək iddiaları doğru deyil. Çünki hal-hazırda rəsmi Ankara ilə ticarət mübadiləsi 30 milyon dollara çatıb və bu fürsətdən istifadə etmək lazımdır.

Əl Amiri Suriya hadisələrinin sionist rejimlə birbaşa əlaqəsi olduğunu da qeyd edərək deyib: Bu hadisələrin arxasında Türkiyə ilə sionist rejim arasında işbirliyi hiss olunur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib