İraq: Sionist rejim məqsədlərinə çatmayıb

İraq: Sionist rejim məqsədlərinə çatmayıb

İraq Milli Hikmət Hərəkatının lideri Nəcəf şəhərində Livan didərginləri ilə görüşündə sionist rejimin heç bir məqsədinə çatmadığını deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Əmmar Həkim dünən axşam (14 noyabr) Livandan məcburi olaraq İraqa səfər edən köçkünlərlə görüşdə deyib: Hər bir çətinlikdən sonra bir asanlıq var. Hətta bu çətinliklər həddən artıq çox olsa belə işlərdə rahatlıq olması qətidir.

Seyid Əmmar Həkim həmçinin vurğulayıb: Tarix rəhbərlərin şəhidliyini şəhadət verir və eyni zamanda ilahi bir yolun davamçısı olmağı vurğulayır. Bizim fədakarlığımız bihudə deyil, məzlumların qələbə çalacağına əminik. Çünki bunu bizə tarixin qanunları öyrədib.

İraq Milli Hikmət Hərəkatının lideri həmçinin düşmənlə mübarizədə ilahi yardımların olduğunu qeyd edərək deyib: Müqavimət gənclərinin möhkəm iradəsi ilə fəxr edirik, bu bir hədiyyədir. Çünki düşmən bu günə kimi hələ Livanın cənubunda bircə kəndi belə ala bilməyib.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək

ABŞ İsraildən Fələstin Muxtar Respublikası ordusunu gücləndirməsini istəyib