İraq sionist rejimə xəbərdarlıq etdi

İraq sionist rejimə xəbərdarlıq etdi

İraqın Kətaibu Seyyidiş Şühəda Hərəkatının baş katibi sionist rejimə Livana hücum edəcəyi təqdirdə islami müqavimət dəstələrinin N dərəcəsindən yetərli cavab alacağı barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına əsasən, Əbu Ala Əl Vilai bu gün (25 iyun) sosial media hesabında yazıb:Əl Əqsa Tufanı əməliyyatında İraqın coğrafi məhdudiyyətlərini nəzərə alaraq düşməni tamamilə xəritədən silmək azca çətin olsa da, sionistlər Livana hücum kimi axmaqlıq etdiyi təqdirdə biz artıq bu məhdudiyyəti N həddində aradan qaldıraraq onları məhv edəcəyik.

Bundan əvvəl də İraq Əsaibul Həqq Hərəkatının baş katibi Qeys Əl Xəzəli sionist rejimin Livana hücum xülyasından əl çəkmədiyi təqdirdə İraqda olan Vaşinqton hərbi mövqelərini hədəfə alacağı barədə xəbərdarlıq etmişdi.

Hizbullah Mərkəzi Şurasının üzvü Nəbil Faruq da sionist rejimin Livana hücum edəcəyi təqdirdə İsrailin tamamilə məğlub ediləcəyi barədə bəyanat vermişdi.

Related posts

Amstredam Fələstinə dəstəklərini davam etdirir

Ərdoğan İstanbulda İraqın Baş naziri ilə terrorizmlə mübarizə məsələsini müzakirə edib

Reuters: Livan müqavimətinin tunelləri möhkəmdir