İraq qruplarının Türkiyənin İraqın şimalına hücumuna reaksiyaları

QafqazTimes xəbər verir ki, Türkiyənin ötən gün günortadan sonra (çərşənbə günü) Şimali İraqa hücumu İraq partiyaları və qruplarının sərt reaksiyalarına səbəb olub.

“Nas News” saytının xəbərinə görə, Sədr hərəkatının lideri Seyid Müqtəda əs-Sədr bir bəyanatda deyib: “Türkiyə İraqın – böyük təəssüf hissi ilə – zəif bir bəyanatdan başqa cavab verə bilməyəcəyini düşünərək həyasızlığını daha da artırdı. Ona görə də mən ilk addım olaraq aşağıdakı bəndlər vasitəsilə və ya bu bəndlərin bəziləri ilə reaksiya verilməsini təklif edirəm.”

Bu bəyanat belə davam edir: “Birincisi: Türkiyə ilə diplomatik əlaqələrin səviyyəsinin azaldılması. İkincisi: Türkiyə ilə İraq arasında hava limanlarının və quru keçidlərinin bağlanması. Üçüncüsü: Rəsmi yollar vasitəsilə və mümkün qədər tez Birləşmiş Millətlər Təşkilatına şikayət etmək. Dördüncüsü: Türkiyə İraq ərazisinə hücum etməməyi öhdəsinə götürənə qədər onlarla təhlükəsizlik müqaviləsinin ləğvi.”

Bu bəyanatla eyni vaxtda İraqın Əsaib Əhli-Həqq hərəkatının lideri Qeys Ə-Xəzali də elan edib: “Bir daha Türkiyənin caynaqları İraqın yaralı bədənini cızmaq və Zaxoy şəhərində yerləşən Bərx istirahət mərkəzindəki turistləri təcavüzə məruz qoymaq üçün uzandı.”

Əl-Xəzali əlavə edib: “Bu gün şəhid olan günahsız insanların ruhu və yaralıların qanı işğalçıların və bu açıq təcavüzə qarşı susqunların və ya ən azından səhlənkarlıq edənlərin alınlarında ləkə kimi qalacaq.”

Bu bəyanatın davamında həmçinin deyilir: “Biz mərkəzi hökuməti və (Kürdüstan) bölgəsi hökumətini öz vəzifələrini yerinə yetirmək, dinc əhalinin həyatını xilas etmək və İraqın suverenliyini Türkiyənin ardıcıl hücumlarına qarşı qorumaq üçün məsul hesab edirik. Bu səbəbdən biz hörmətli İraq parlamentindən qanun pozuntularına qarşı üzərinə düşən vəzifələri yerinə yetirməsini xahiş edirik.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri