İraq Milli Hikmət Hərəkatının başçısı Həmas siyasi bürosu liderinin şəhidlik məqaməna çatması münasibətilə təbrik və başsağlığı mesajı verərək deyib: Sionist rejimin cinayətkarlıqıları Fələstin xalqının iradəsini zəiflətməyək və onları sarsıltmayacaq.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Əmmar Həkim Saleh Əl Arurinin şəhidlik məqamı münasibətilə başsağlığı mesajında onun bu məqama çatmasını da təbrik edərək deyib: Fələstinin məzlum və səbirli xalqı ilə birlikdə müqavimət dəstələrinə cinayətkar sionistlərin terroruna tuş gələnlər üçün başsağlığı veririk.
Seyid Əmmar həmçinin deyib: İşğalçı rejim Qəzzə müharibəsində acizliyini müqvimət liderlərinin terroru ilə ört-basdır etməyə çalışır və Fələstin xalqının iradəsini zəiflətmək istəsə belə, digər nakam qalmış məqsədləri kimi buna da nail olmayacaq.
Seyid Əmmar Həkim başsağlığının sonundaa şəhid qanının Fələstin xalqı üçün rəşadətli mübarizələrin davamı üçün ikiqat iradə yaratdığını vurğulayaraq Allahdan şəhidlər üçün rəhmət, şəhid dostları üçün möhkəm səbir və iradə arzulayıb.