İraq müqaviməti sionist rejim əleyhinə yenə 5 əməliyyat keçirdi

İraq müqaviməti sionist rejim əleyhinə yenə 5 əməliyyat keçirdi

İraq İslami Müqaviməti sionist rejimin işğal olunmuş Fələstindəki hərbi mövqelərinə 5 dronlu əməliyyat keçirdiyini elan edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən,  İraq İslami Müqaviməti bu gün səhər tezdən (1 noyabr) bəyanat yayaraq işğal olunmuş Fələstində sionist mövqelərinə olan dronlu hücumların məsuliyyətini öz üzərinə götürüb.

İraq İslami Müqaviməti 5 ayrı bəyanatda elan edib: İsrail rejiminin işğal olunmuş torpaqlardakı hərbi bazalarını hədəfə aldıq.

Sionist rejim mediaları bu gün İlat səmasında İraq İslami Müqavimətinə aid 2 dronu zərərsizşlədirdiklərini iddia edərək bu əməliyyata aid videogörüntülər yayıb.

İraq İslami Müqaviməti 4-cü bəyanatında Cövlan təpələrində də sionist mövqelərini hədəfə aldıqlarını elan edib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir