İraq müqaviməti işğal olunmuş Cövlana hücum etdi

İraq müqaviməti işğal olunmuş Cövlana hücum etdi

İraq İslami Müqavimət dəstələri işğal olunmuş Cövlan təpələrinə dron hücumlarından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqaviməti bu gün (24 oktyabr) səhər saatlarında Fələstin və Livanla həmrəylik və İsrailin mülki şəxslərə hücumlarına cavab olaraq işğal altındakı Cövlan Təpələrindəki əsas hədəflərə pilotsuz təyyarələrlə zərbələr endirib.

İraq İslami Müqaviməti bu gün səhər saatlarında İsrailin işğal etdiyi ərazilərdə mühüm hədəflərə üç pilotsuz təyyarə hücumu həyata keçirdiyini açıqlayıb.

İşğal altındakı Cövlan Təpələrində həyati əhəmiyyətli bir hədəfə hücum təşkil etdiyini bildirən təşkilat, Fələstinin Umm ər-Rəşraş kimi tanınan işğal altındakı Eylat şəhərindəki hədəflərə də iki ayrı İHA hücumu həyata keçirdiyini bildirib.

İraq İslami Müqaviməti İsrail işğalına qarşı və Fələstin və Livan xalqı ilə həmrəylik mövqeyini bir daha təsdiqləyərək, bu hücumların eyni zamanda İsrailin mülki şəxslərə, o cümlədən uşaqlar, qadınlar və qocalara qarşı törətdiyi qırğınlara cavab olduğunu vurğulayıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir