İraq müqaviməti Həyfa limanına hücum etdi

İraq müqaviməti Həyfa limanına hücum etdi

İraq İslami Müqavimət dəstələri sionist rejimin həyati limanı olan Həyfa limanını hədəfə alıb.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqavimət dəstələri bu gün (9 iyul) bəyanat yayaraq pilotsuz təyyarə ilə sionist rejimin Həyfa limanını hədəfə aldıqlarını elan edib.

İraq İslami Müqavimət dəstələrinin bəyanatında həmçinin sionist rejimin cinayətlərinə etiraz və məzlum Fələstin xalqına dəstək məqsədilə Qəzzə müharibəsi dayandırılmayana qədər bu kimi hücumları davam etdiriləcəyi vurğulanır.

Xatırladaq ki, dünən axşam (8 iyul) Yəmən silahlı qüvvələrinin sözçüsü ölkə ordusunun İraqın İslami müqaviməti ilə işğal olunmuş Fələstinin cənubunda yerləşən Eylat limanında birgə əməliyyat keçirdiyini açıqlamışdı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib