İraq müqaviməti Həyfa limanına dronla hücum etdi

İraq müqavimət qrupları dünən (3 mart) sionist rejimin Həyfa limanında biokimyəvi qərargahına dron hücumu həyata keçirdiyindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq müqaviməti bəyanat yayaraq elan edib: Sionist rejimin Qəzzə cinayətlərinə cavab olaraq Həyfa limanında yerləşən biokimyəvi mövqeyinə dronla hcum etdik.

Bu bəyanatdan əvvəl İsrail mediaları Həyfa limanında səmada naməlum cismin radara düşməsi ilə hücumdan müdafiə sisteminin aktivləşməsindən sonra güclü partlayış səsinin eşidildiyindən xəbər vermişdilər. Məlumatda həmçinin bunun Qəzzə müharibəsi başlandığından Həyfa limanında baş verən ilk hadisə olduğu da deyilir.

İsrailin 14-cü telekanalı bu naməlum cismin dron olduğunu elan edib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir