İraq müqaviməti həmişə Fələstin xalqına dəstəkdir

İraq müqaviməti həmişə Fələstin xalqına dəstəkdir

İraq İslami Müqaviməti bu gün 2 dəfə sionist rejimin işğal olunmuş Fələstindəki hərbi mövqelərini hədəfə alıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İraq İslami Müqaviməti bu gün (4 noyabr) bəyanat yayaraq 2 dəfə sionist rejimin işğal olunmuş Fələstindəki hərbi mövqelərinə dronla hücum etdiyini elan edib.

Bəyanatda deyilir: Fələstin və Livan xalqına dəstək məqsədi ilə işğalçı rejim əleyhinə hücumlarımızın davamında bu gün (4 noyabr) 2 dəfə cinayətkar işğalçı rejim mövqelərini PUA ilə hədəfə aldıq.

İraq İslami Müqaviməti İsrail rejiminin Fələstin və Livan xalqına cinayətləri davam edəcəyi təqdirdə işğalçıların da müqavimət dəstələrinin hücumlarına məruz qalacağı və daha da artacağını bir daha vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib