İraq müqaviməti: Eynül Əsəd düşərgəsini PUA ilə hədəfə aldıq

İraq müqavimət dəstələri bəyanat yayaraq Amerikanın İraqda yerləşən Eynül Əsəd düşərgəsini pilotsuz aparatla hədəfə aldıqlarını elan ediblər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bəyanatda deyilir: Döyüşçülərimiz amerikan işğalçıların İraqın qərb bölgəsi olan  Əl Ənbar vilayətindəki Eynül Əsəd düşərgəsini iki pilotsuz aparatla vurduq.

Əl Məyadin telekanalının məlumatına görə Suriyanın şimal-şərq bölgəsi Deyrəz Zurun Koniko meydanındakı ABŞ işğalçılarının düşərgəsi də iki raketlə vurulub.

Qeyd edək ki, İraq müqavimət qrupları sionist rejimin Qəzzə zolağına hücumlarından sonra İraq və Suriyadakı Amerika işğalçılarının mövqelərinə qarşı raket hücumları həyata keçirir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib