İraq müqaviməti bir daha sionist mövqelərinə hava zərbələri endirdi

İraq İslami Müqaviməti sionist rejimin Suriyadakı hərbi mövqesinə olan hava hücumunun məsuliyyətini öz üzərinə götürməsi barədə bəyanat yayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqavimətinin bu gün səhər (4 aprel) yayımladığı bəyanatda deyilir: Suriyanın sionist rejim tərəfindən qəsb edilmiş Cövlan yüksəkliklərindəki “Ramat David” hava qüvvələrinin hərbi düşərgəsinə aviazərbələrin məsuliyyətini öz üzərimizə götürürük.

İraq İslami Müqavimətinin bu bəyanatı Suriyanın Cövlan yüksəkliklərində partlayış səsinin eşidilməsi barədə xəbərdən bilafasilə sonra  yayımlanıb. Bu xəbər Sputnik xəbər portalında elan edilib.

Yerli qaynaqların məlumatına görə, Cövlanın cənub bölgəsi olan Keyşitə Suriya tərəfdən raket atılıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib