İraq müqaviməti bir daha Eilat limanına hücum etdi

İraq İslami Müqavimət Hərəkatı bəyanat yayaraq İsrailin həyati limanlarından olan Eilat (Ummur Rəşraş)ı hədəfə aldıqlarını elan edib.

İRNA-nın məlumatına əsasən, İraq İslami Müqavimət Hərəkatı bu gün (2 iyun) bəyanat yayaraq deyib: Sionist rejim işğalçılığı ilə mübarizə, Qəzzə xalqına yardım, İsrail rejiminin fələstinlilər əleyhinə qətliamına cavab olaraq mücahidlərimiz işğalçıların Eilat limanını hədəfə aldı.

Bundan əvvəl də İraq İslami Müqavimət Hərəkatı dəfələrlə Eilat limanına dron və raket hücumları etmişdi.

Bu bəyanatda təcavüz dayanana və Qəzza zolağına qarşı blokada tamamilə qaldırılana qədər düşmənin mövqelərini və yerləşdirmə mərkəzlərini darmadağın etmək üçün bu hücumların davam etdirilməsi vurğulanır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib