Suriyanın şimal-şərqindəki Amerika qüvvələri raket hücumuna məruz qalıb.
Təsnim İnformasiya Agentliyinin Livanın “Al Mayadeen” telekanalının məlumatına əsasən, bu hücum Deyr əz-Zor əyalətindəki Koniko neft-qaz yatağı yaxınlığındakı bazada yerləşən Amerika hərbçilərinə qarşı həyata keçirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ ordusu İranın dəstəklədiyi iddia edilən şiə qruplarının hücumlarına cavab olaraq İraqdakı hədəflərə zərbələr endirib.
Xatırladaq ki, İraq İslam Müqaviməti 7 oktyabr Həmasın Əl Əqsa Tufanı Əməliyyatından sonra sionist rejimin Qəzzəyə amansız hücumlarından sonra ölkəsində və Suriyada olan ABŞ-ın Tel Əvivə tam dəstəklərinin cavabı olaraq onların hərbi baza və düşərgələrinə aviazərbələr endirir.