İraq müqaviməti ABŞ bazalarına hücumlarını davam etdirir

İraq müqaviməti bu gün səhər (6 yanvar) Amerikanın Suriyadakı iki hərbi bazasını hədəfə aldığını elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İraq müqavimət dəstələri Amerikanın Suriyadakı Əl Tənif və Əl Şidad düşərgələrini hədəfə aldığını elan edib.

Əl Cəzirə və Əl Məyadin telekanallarının verdiyi informasiyaya əsasən yayımlanan bu xəbərin detalları barədə hələ heç bir məlumat yayımlanmayıb.

Bu hücumlar İraq müqavimətinin Fələstin xalqının müdafiəsi və sionist rejimin cinayətləri qarşılığında Qəzzə xalqına dəstəklərin davamı kimi dəyərləndirilir.

Bundan 2 gün əvvəl də İraq İslami Müqavimət Hərəkatı ABŞ-ın Suriyanın cənubunda yerləşən hərbi bazasına dron hücumları etdiyini elan etmişdi.

Xatırladaq ki, Əl Əqsa Tufanı əməliyyatının ardınca İraq müqaviməti Fələstin xalqının qətliamına məhdudiyyətsiz yardım edən ABŞ-ın Suriya və İraqda olan hərbi baza və düşərgələrinə hücumlar edəcəyini rəsmi surətdə elan etdikdən sonra bu günə qədər 100 dəfə amerkan bazalarını raket və dron hücumlarına məruz qoyub.

İraq müqaviməti bu hücumlardan əlavə Aralıq dənizindən Qırmızı Dənizə açılan İlat istiqamətindən də İsrail gəmilərini atəşə tutur.

ABŞ rəsmiləri yanvarın 4-də 17 oktyabrdan sonra İraq müaviməti tərəfindən  118 dəfə hücuma məruz qaldıqlarını elan etmişdi.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir