İraq müqaviməti ABŞ-a müraciət edərək: Qələbəni işğalçı əsgərlərinizin cəsədləri üzərində qeyd edəcəyik.”

Qafqaztimes xəbər verir ki, ABŞ Dövlət katibinin köməkçisi Joey Hood ABŞ-ın İraqdakı mövqelərini hədəf alan İraq qruplarına müraciət edərək deyib: “Bizimlə işiniz olmasın.”

İraqdakı Ən-Nucəba hərəkatının baş katibi Əkrəm əl-Kəbi, twitter-dəki səhifəsində ABŞ rəsmisinin bu açıqlamasına kəskin reaksiya verərək yazıb:”ABŞ Dövlət Departamentinin həyasızlığı elə bir həddə çatıb ki, İraq müqavimətini onlarla işi olmamağa çağırır. “

Əl-Kəbi həmçinin yazıb: “Biz onlara (amerikalılara) deyirik ki, Müqavimət lüğətində “bizimlə işiniz olmasın” yəni, İraqın tərk etmək və ölkəmizə açıq və dağıdıcı müdaxilələrinizi dayandırmaq deməkdir.”

Ən-Nucəbanın baş katibi sonda belə vurğulayıb: “Biz sizi tərk etməyəcəyik və İraqın son qarış torpağı sizin murdar vücudunuzdan azad edilənə qədər müqavimət gözünüzdə bir tikan kimi olacaq … Zəfər və azadlıq bayramını işğalçı əsgərlərinizin cəsədləri üzərində qeyd edəcəyik.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır