İraq İsveç səfirini ölkədən qovdu – YENİLƏNİB + VİDEO

İraq dövləti İsveçin Bağdaddakı səfiri Cessika Svardströmün ölkədən çıxarılması barədə qərar qəbul edib.

Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bəyanatla çıxış edib.

Bəyanatda, həmçinin, qeyd olunur ki, İraq hökuməti rəsmi Bağdadın Stokholmdakı müvəqqəti işlər vəkilini geri çağırmaq haqqında qərar qəbul edib.

09:56

İraq polisi İsveçin Bağdaddakı səfirliyinə hücum edən izdihamı oradan uzaqlaşdırmaq üçün su şırnaqlarından və elektroşok cihazlarından istifadə etməli olub.

Yerli mətbuat yazır ki, bəzi qəzəbli aksiya iştirakçıları Quran nüsxəsinin yandırılmasına etiraz olaraq Bağdaddakı İsveç səfirliyinə soxularaq, diplomatik korpusun tikililərinə od vurublar. 

Səfirlik əməkdaşlarından heç kimin xəsarət almadığı bildirilir.

Qeyd edək ki, İsveç polisi Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verib.

Aksiya iyulun 20-nə planlaşdırılıb və Stokholmdakı İraq səfirliyi yaxınlığında keçiriləcək. Etirazın təşkilatçıları ötən ay Stokholmda məscidin yaxınlığında Quran yandıran şəxslərdir.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)