İraq Hizbullahı: Son məqsədimiz ABŞ-ı regiondan qovmaqdır

İraq Hizbullahının hərbi işlər üzrə mətbuat katibi ABŞ qüvvələrinin regiondan çıxmasını vurğulayaraq Fələstin xalqının soyqırımının dərhal dayandırılması, Qəzzənin mühasirədən çıxması və fələstinlilərin Qəzzədən köçürülməsinin əhəmiyyətini qeyd edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Cəfər Əl Hüseyni bu gün (9 yanvar) deyib: Sionist rejim və Amerika Fələstin xalqının qanını tökməyə davam etdirdiyi zamana qədər biz də konflikt meydanını genişləndirəcəyik.

Cəfər Əl Hüseyni sionist rejimin fələstinlilərin köçürülməsi ideyalarına işarə edərək deyib: Bu gün biz fələstinlilərin taleyindən nigaran deyilik, bizi israillilərin müharibədən sonrakı acınacaqlı taleyi maraqlandırır. Qəzzə müharibəsi başlandığı gündən Tel Əviv köhnə planlarını yenə gündəmə gətirsə də Qahirə və fələstinlilərin müxalifəti ilə üzləşdi. İsrail Amerika ilə əlbir olaraq Qəzzə zolağının cənubunda 1.1 milyon fələstinlinin vətənində qalmaması barədə xəbərdalıq edərək onlara cənub bölgəyə köçmələrini tövsiyə etdilər. Onların məqsədi qəzzəliləri guya təhlükəsiz olan Sina səhrasına köçürmək idi. Amma buna nail olmadılar.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir