İraq ABŞ və ərəb ölkələrinə xəbərdarlıq etdi

İraq ABŞ və ərəb ölkələrinə xəbərdarlıq etdi

İraq müqaviməti qüvvələri regionda enerji müharibəsinin başlaması barədə Amerika və ərəb ölkələrinə xəbərdarlıq edib.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq Hizbullah Hərəkatı Batalyonlarının təhlükəsizlik məsələləri üzrə rəhbəri Əbu Əli Əsgəri İraq torpaqlarına hücum və bu ölkənin hava məkanından İrana qarşı hər hansı bir əməliyyatın qarşısının alınacağı barədə xəbərdarlıq edib.

Əbu Əli Əsgəri X sosial media hesabında yazıb: Bir daha İraq torpaqlarına hər hansı bir təcavüzkarlıq və yaxud bu ölkənin hava məkanından istifadə edərək İran İslam Respublikasına hər hansı bir hücumun qəbuledilməz olduğunu vurğulayıram. Əlbəttə İraq Hizbullahının batalyonlarının tədbirləri təkcə sionist rejimlə məhdudlaşmayacaq, Amerikanın bu ölkədəki düşərgələri və mənafeyini qoruyan hər hansı bir mərkəzə də aid olacaq.

Əbu Əli Əsgəri əlavə edib: Biz enerji müharibəsinə başlayan tərəf olmayacağıq. Amma bu müharibə başlayarsa, gündə 12 milyon barrel neft ixracı dayandırılacaq. Allah şahiddir ki, bu qərarı vermək  Yəmənin Babul Məndəb limanında və Hormoz boğazında iranlı qardaşlarımız qarşısında bizim vəzifəmizdir. Onların nə edəcəyini isə bir Allah bilir.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir