Bazar ertəsi İran xalqı İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə müxtəlif şəhər və kəndlərdə genişmiqyaslı yürüş keçirib və bu hadisə ərəb mediasında geniş işıqlandırılıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, iranlılar Tehran və digər şəhərlərdə genişmiqyaslı aksiyalar keçirərək İslam İnqilabının qələbəsinin 46-cı ildönümünü qeyd ediblər. Fevralın 12-si səhər saatlarından İran dövlət televiziyası dövlət himnini oxuyan insanların kütləvi şəkildə küçələrə çıxmasını canlı yayımlayıb.
Məlumata görə Tehran xalqı səhər saatlarından yürüşün əsas yeri olan Azadlıq meydanına doğru hərəkət edib. İran prezidenti Məsud Pezeşkian da yürüşdə çıxış edərək, ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalar fonunda danışıqlar məsələsində dürüst olmadığını vurğulayıb.
Pezeşkian deyib: Əgər Amerika danışıqlar məsələsində dürüstdürsə, niyə bizə qarşı sanksiyalar tətbiq edir?